Ukrayna səfiri Vladislav Kanevski müharibədə həlak olan Azərbaycan əsilli Ukrayna vətəndaşı ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, səfir paylaşımında ““Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi, Azərbaycan əsilli ukraynalı Rafael Ağayev Ukraynanın Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. Qəhrəman Dəniz piyadaları bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Xatirəsi əbədi yaşayacaq!" yazıb.
Qeyd edək ki, Ukraynadakı bu məşhur restoran hərbi xidmətini başa vuranların iş tapa bilməsi və normal həyata uyğunlaşaması üçün sosial layihə kimi yaradılıb.
"Pizza Veterano" "Veterano Group" şəbəkəsinin bir hissəsidir. Ukraynanın bir sıra şəhərlərində fəaliyyət göstərən pizza evləri iki ortaq sahib - Rafael Ağayev və Leonid Streltsov tərəfindən açılıb.
Rafael Ağayev 2014-cü ildə Donbas müharibəsində də iştirak edib.