• SİYASƏT

    18:33 25 iyul 2019

Səfir: “Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etmək qərarının əhəmiyyəti çox böyükdür"

“Bu gün tarixi gündür. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmli və simvolik mənaya sahibdir".

Bunu APA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

“Məlum qərar bizim bir millət, iki dövlət olduğumuzun bariz nümunəsidir. Türkiyə və Azərbaycan olaraq aramızdakı münasibətləri hər zaman daha irəli aparmaq əzmindəyik. Qəbul edilmiş qərar da buna xidmət edəcək və bu qərarın əhəmiyyəti çox böyükdür. Fürsətdən istifadə edib Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün səlahiyyətli şəxslərə öz təşəkkürümü bildirirəm”, – səfir bildirib.

E. Özoral qeyd edib ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında turizm, habelə digər məqsədli səfərlərin sayının artmasına səbəb olacaq: “Bu qərar hamıya, həm Azərbaycan, həm də Türkiyəyə xeyirli-uğurlu olsun”.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR