"Türkiyədə baş tutan bələdiyyə seçkiləri xalqın böyük bir hissəsinin iştirakı ilə tam şəffaf şəkildə keçirildi".
ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, hazırda seçki ilə bağlı bəzi etirazların dəyərləndirilməsi prosesi hələ də davam edir: "Seçkilərin problemsiz və obyektiv şəkildə həyata keçməsi hamımız üçün sevindiricidir".