• SİYASƏT

    20:39 30 may 2019

Səfir Zurab Pataradze: "Gürcüstan həmişə qardaş ölkə olan Azərbaycanın dəstəyini hiss edib

"26 May gürcü xalqı üçün ən vacib tarixdir. Mənim üçün çox əhəmiyyətlidir ki, Gürcüstanın müstəqillik günü strateji tərəfdaşımız ölkə olan Azərbaycanda qeyd edilir".

ONA-nın xəbərinə görə, bunu Gürcüstanın Respublika gününə həsr olunmuş qəbulda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

O, qeyd edib ki, Gürcüstan həmişə qardaş ölkə olan Azərbaycanın dəstəyini hiss edib. Səfir vurğulayıb ki, iki ölkə arasında nəqliyyat, ticarət, turizm, enerji sahələrində əməkdaşlıq inkişaf edir. Z.Pataradze? həmçinin bildirib ki, hər iki ölkənin ərazi bütövlüyü pozulub.

Tədbirdə çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Gürcüstan və Azərbaycan xalqlarının taleləri bir-birinə çox bənzərdir: "Çox sevindiricidir ki, Gürcüstan və Azərbaycan bir-birini bütün sahələrdə dəstəkləyir. Siyasi, iqtisadi və humanitar sahələrdə dinamik şəkildə inkişaf gedir".

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və bu ölkənin şirkətləri Gürcüstanda əsas vergi ödəyicilərindən biridir.

"İki ölkə arasında bütün məsələlər qarşılıqlı anlaşma yolu ilə həll olunur. Hazırda sərhədlərin delimitasiyası sahəsində komissiya işləyir və ümid edirik bu məsələ yaxın zamanda öz həllini tapacaq", - deyə O.Əsədov vurğulayıb.

O, həmçinin qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkə arasında humanitar əlaqələrin inkişafında önəmli rol oynayır.

Spiker bildirib ki, Azərbaycan və Gürcüstan bir birinin ərazi bütövlüyünü tanıyır.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR