• SİYASƏT

    16:29 18 iyul 2019

Səfirlik: İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair xəbərlər əsassızdır

“İranın Azərbaycandakı səfirliyi iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, son günlər Azərbaycanın bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır. Səfirlik bu kimi xəbərləri təkzib edir”.

Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi deyib.

O qeyd edib ki, İran hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır: “Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyirik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR