"Notr-Dam Kilsəsindəki yanğınla əlaqədar həmrəyliklərini göstərmiş bütün azərbaycanlı dostlarımıza öz təşəkkürümüzü bildiririk".
ONA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
“Notr-Damda baş verimiş yanğın fransız xalqı üçün bir faciədir. Bir daha onun gözəlliyini və mənəvi parlaqlığını seyr edə bilmək üçün biz yenidən birlikdə onu bərpa edəcəyik”,- deyə məlumatda qeyd edilir.