• SİYASƏT

    15:11 13 aprel 2020

Səfirlik Türkiyənin koronavirusa görə Ermənistana yardım etməsi məsələsinə münasibət bildirib

Türkiyənin Azərbaycandakı səfirliyi Ermənistanın koronavirusla mübarizə üçün Türkiyədən yardım istədiyi, Türkiyənin isə buna müsbət cavab verdiyi barədə yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən APA-ya daxil olan məlumatda qeyd olunur ki, Türkiyədə yaşayan 70-ə yaxın Ermənistan vətəndaşının insani yardım olaraq ölkəsinə göndərilməsi təmin edilib.

Bildirilib ki, Ermənistan vətəndaşları Gürcüstandan keçməklə ölkələrinə yola salınıb.

“Bundan başqa, hər hansı yardım məsələsi gündəmdə yoxdur”, - deyə məlumatda qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR