• SİYASƏT

    15:26 8 aprel 2019

Səməd Seyidov AŞPA-nı Azərbaycanda gedən islahatları qiymətləndirməməkdə qınayıb

“Azərbaycanda hazırda çox müsbət hadisələr baş verir, ölkə prezidenti tərəfindən ciddi islahatlar aparılır”.

ONA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bu gün başlayan yaz sessiyasında çıxışında deyib.

S. Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlara diqqət çəkib: “Bu yaxınlarda Azərbaycanda əfv sərəncamı imzalandı, adını burada eşitdiyimiz bir çox insan da daxil olmaqla, 60-dək şəxs azad edildi. Bundan əlavə, Azərbaycan Prezidenti tərəfindən məhkəmə-hüquq sahəsində də islahatlar aparılır. Bu islahatların hamısı Avropa dəyər və inkişafları ilə üst üstə düşür. əssüf ki, bu gün AŞPA-nın Büro və Daimi Komitəsinin proqreslə bağlı hesabatında bunların heç birinə diqqət çəkilmədi. Biz, sadəcə, erməni deputat Naira Zohrabyanın Azərbaycanla bağlı nifrət dolu sözlərinə qulaq asdıq. Bu çıxış AŞPA-nın sessiyası çərçivəsində siyasi liderlərin nifrət söyləmləri və qeyri-toleranlıqla mübarizə mövzusu üçün çox yaxşı nümunə ola bilər”.

S. Seyidov İlqar Məmmədov barəsində məhkəmə qərarına da toxunub: "AŞPA-nın sessiyalarında dəfələrlə İlqar Məmmədovun adı çəkilib. Diqqətə çatdırım ki, İlqar Məmmədova qarşı olan bütün iddialar artıq Ali Məhkəmə tərəfindən götürülüb”.

S. Seyidov bildirib ki, Avropa Şurası təkcə mənfi məsələlərə diqqət yetirməməli, inkişaf və müsbət addımlar da nəzərə alınmalıdır.

Aytən Abbaslı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR