Şəmsəddin Xanbabayev “Əmək” ordeni ilə təltif edilib
  • SİYASƏT

  • 13:03 28 Mart 2019

Şəmsəddin Xanbabayev “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, Naxçıvan MR-in keçmiş baş naziridir.

Aytən Yusifova

Teqlər: İlham Əliyev sərəncam

OXŞAR XƏBƏRLƏR