Güman edirəm ki, növbəti 20 gün ərzində Bakıya qeyri-rəsmi, amma zəruri bir səfər edəcəyəm.
ONA xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.
“Bu səfər çərçivəsində bizim üçün həddən ziyadə zəruri məsələləri müzakirə edəcəyik. Serbiya hökumətinin bir neçə naziri də mənə qoşulacaq. Və biz bunun vasitəsilə ilə bu gün burada təsis etdiyimiz strateji tərəfdaşlığı bərkidəcəyik, müvafiq addımları atacağıq”, - Serbiya lideri qeyd edib.