• SİYASƏT

    19:34 31 may 2019

Sergey Narışkin Azərbaycan Prezidentini təbrik edib

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ONA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqının rifahı naminə işinizdə Sizə uğurlar, möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edib, Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm”.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR