• SİYASƏT

    10:48 2 may 2019

Səfirlik: Səudiyyə Ərəbistanının Azərbaycanı maraqlandıran məsələlərlə bağlı mövqeyi dəyişməzdir

Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyi açıqlama yayıb.

Səfirlikdən ONA-ya daxil olan açıqlamada bildirilib ki, son zamanlar bəzi sosial şəbəkə və etibarsız kütləvi informasiya vasitələrində guya Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatlarındakı səfirinin Osmanlı dövləti zamanında «erməni soyqırımı»nın tanınması ilə bağlı ABŞ Konqresindəki qətnamə layihəsinə Krallığın dəstək verdiyini bildirdiyi barədə məlumat yayılıb.

Səfirlik bildirir ki, qardaş Azərbaycan Respublikasının maraqlandıran məsələlərlə bağlı Krallığın mövqeyi dəyişməzdir. Bütün bu deyilənlər həqiqətə uyğun deyil və xanım səfir indiyə kimi Konqresin heç bir üzvü ilə görüşməyib, bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Səfirlik bildirir ki, qeyd olunan saytlar və qəzetlər Krallıq və onun mövqeyi barədə yanlış məlumat yaymaqla Səudiyyə Ərəbistanı Krallığı ilə müsəlman dövlətlərin arasını vurmağa çalışaraq, öz şəxsi maraq və məqsədləri üçün onları qızışdırmaq və parçalamaq niyyəti güdür.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR