• SİYASƏT

    09:22 25 oktyabr 2020

Şimali Kipr Respublikasında Qarabağa dəstək mitinqi keçirilib - FOTO

Şimali Kipr Respublikasının Girnə şəhərində Azərbaycana dəstək vermək məqsədi ilə “Bir millət 3 dövlət” adlı mitinq və yürüş keçirilib.

APA-nın Türkiyə müxbirinin xəbərinə görə, 27 sentyabr 2020-ci ildən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ da yaşanan gərginliklərlə bağlı keçirilən dəstək aksiyasında Dağlıq Qarabağın işğaldan azad edilməsi zamanı şəhid olan hərbçilərimizin əziz xatirələri yad edilib, Ermənistanın işğalçı və terrorçu siyasəti, müxtəlif vasitələr ilə əl atdığı təxribatlar pislənib.

Tədbirin təşkilatçısı Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, bu tədbir Akdənizlilər Dərnəyi Girnə Şöbəsi ilə birlikdə həyata keçiriblər: “Torpaqlarımız işğaldan tam azad oluncaya qədər bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Azərbaycanımızın səsini hər fürsətdə dilə gətirəcəyik".

Tədbir iştirakçıları Girnə şəhərinin mərkəzi prospekti ilə hərəkət edərək Atatürk heykəli önündə toplanıblar.

Tədbirə Şimali Kiprdə yaşayan soydaşlarımız, Kipirin yerli sakinləri, dövlət rəsmləri, millət vəkilləri müxtəlif QHT sədrləri və media mənsubları qatılıblar. Orxan Həsənoğlu Dağlıq Qarabağ bölgəsində və eyni zamanda başda Gəncə şəhəri olmaqla sivillərə qarşı törədilən vəhşi cinayətlər haqqında tədbir iştirakçılarına məlumat verib: “Xalqımızın və dövlət başçısı cənab İlham Əliyevin iradəsi nəticəsində düşmən artıq geri çəkilməyə məcbur olub. Ordumuz Dağlıq Qarabağda Azərbaycan bayrağını hər günü azad edilən bölgələrdə dalğalandırır”.

Mitinqdə beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən sivillərə qarşı qətliamı lənətləyən fikirlər səsləndirilib.

Akdənizlilər Dərnəyi Girnə şöbəsinin başqanı Hüseyn Kayışkanat çıxış edərək bildirib ki, qardaş Azərbaycan xalqına qarşı törədilən cinayətlərə dünya birliyi səssiz qalır: “30 ildir Azərbaycan dünyaya haqlı olduğunu sülh yolu ilə çatdırmağa çalışdı. İllərdir həllini tapmayan münaqişə bu gün Azərbaycan ordusu tərəfindən həllinə tapmaqdadır. Ata-baba yurdlarından çıxarılanlar öz yurduna qovuşur”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR