• SİYASƏT

    11:35 22 sentyabr 2020

Şimali Kiprin nümayəndəsi: “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

“Mənim şəxsi fikrimə görə Şərqi Aralıq dənizində baş verənlər təxribatdır”.

Bunu APA-ya açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Növber Ferit Veçhi deyib.

O bildirib ki, Türkiyəni sanksiyalarla təhdid edib, hər tərəfdən təzyiq etməyə çalışırlar: “Türkiyə böyük bir ölkədir və heç vaxt bu təhdidlərə boyun əyməyəcək. Necə ki, Türkiyə bu günə qədər edilən təhdidlərə boyun əyməyib. Avropa İttifaqı artıq Türkiyəyə qarşı bu yanaşmasını dəyişdirməlidir. Çünki bu, çirkin bir yanaşmadır. Bu günə qədər Türkiyə nə edirsə etsin, həmişə bir səbəb tapılıb və Türkiyəyə qarşı ikili standartlar tətbiq olunub. Türkiyə Aralıq dənizində böyük bir gücdür. Düşünürəm ki, beynəlxalq ictimaiyyəti də narahat edən elə budur”.

Növber Ferit Veçhi Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı Türkiyəyə verdiyi dəstəyə də diqqət çəkib: “Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev çox güclü bir bəyanat verdi. Azərbaycan Prezidenti bildirdi ki, hər bir halda Azərbaycan Türkiyənin yanındadır və bu, Şərqi Aralıq dənizi məsələsində də belədir. Bu indiyə qədər verilmiş ən güclü və dəqiq bir dəstək idi. Prezident İlham Əliyevin bəyanatı çox güclü dəstək ifadə edir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR