İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
ONA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə İlqar Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Lütvəli Babəli oğlu Babayevin Zərdab Rayon İcra Hakimiyyətinin, Mərdan Talıb oğlu Camalovun isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmələri barədə sərəncamlar imzalayıb.
Azərbaycan Prezidentinin digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.