Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.
ONA xəbər verir ki, birgə iclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda komitələrin üzvləri, parlamentdə təmsil olunan partiyaların nümayəndələri iştirak ediblər.
Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.