• SİYASƏT

    18:46 16 mart 2019

Siyavuş Novruzov: “Bugünkü sərəncam dövlətin humanizm siyasətinin bariz nümunəsidir”

“Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanda humanzim siyasəti daima ardıcıl olaraq həyata keçirilib. Hazırda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. İndiyə qədər Azərbaycanda 70-dən çox əfv sərəncamı imzalanıb və 10-dan çox isə amnistiya aktı qəbul edilib”.

Bu sözləri ONA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Yap rəsmisi xatırladıb ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda ölüm hökmünü ləğv edilib: “Bundan sonra isə ölkəmizdə əfv sərəncamlarının və amnistiya aktlarının qəbul olunmasına başlanılıb. Ölkə başçısının bu gün əfv sərəncamı imzalaması da növbəti humanist addımdır. Budəfəki əfvlə bağlı Prezident yanında Əfv Komissiyasına 1000-dən çox müraciət olunmuşdu. Həmin müraciətlər məhkumların həm ailə üzvləri, həm hüquq-müdafiə təşkilatları tərəfindən təqdim edilmişdi. Komissiyasının üzvləri tərəfindən də bütün müraciətlər araşdırıldı. Nəticə etibarilə də Azərbaycan xalqının milli bayramı – Novruz bayramı ərəfəsində 400-dən çox insan öz azadlığına, ailəsinə qovuşdu. Bu da dövlətin humanizm siyasətinin bariz nümunəsidir”.

Qeyd edək ki, əfv sərəncamı 431 şəxsə şamil edilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR