Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.
APA-nın Rusiya bürosunun xəbərinə görə, Rusiya dövlət başçısının iqamətgahında keçirilən görüş Qarabağda münaqişənin bitməsi ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümünə həsr olunub.
Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələlərinə baxılacaq.