• SİYASƏT

    13:50 29 noyabr 2023

Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam yolunun yenidən qurulmasına vəsait ayrılıb

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ONA xəbər verir ki, Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR