• SİYASƏT

    11:34 8 may 2020

Şuşada şəhid olanların ruhu Milli Məclisdə yad edilib

“Bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür: “Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib”.

S. Qafarova “Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunacaq”, deyə vurğulayıb. Spiker təklif edib ki, Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş qəhrəman insanların ruhu 1 dəqiqəlik sükutla yad edilsin.

Millət vəkilləri Şuşada şəhid olmuş, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR