“Gürcülər bizim icazəmizlə ərazimiz olan Keşikçidağdakı məbəddə Pasxa bayramını keçirdilər, ancaq ərazimizdə bizə qarış təhqiramiz bəyanatlar səsləndirdilər”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli söyləyib.
T.Kərimli deyib ki, həmin abidə alban kilsəsidir: “Hazırda iki dövlət arasında komissiya yaradılıb, iş görülür. Ancaq mən qorxuram, tarixən biz torpaqlarımızı müxtəlif dövlətlərə paylamışıq. Azərbaycan yeganə dövlətdir ki, hazırda tarixi torpaqları ilə həmsərhəddir. Gürcülərə həmişə imkan verilir ki, həmin abidələri ziyarət etsinlər. Ancaq bizim Konstitusiyanı, qanunu pozmağa icazə vermək olmaz ”.
Millət vəkili bildirib ki, Gürcüstanda izahat işi aparılmalıdır: “Biz mədəni, tarixi irsimizə sahib çıxmalıyıq”.