• SİYASƏT

    12:17 27 mart 2019

Tahirə Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilib

Prezident İlham Əliyev Tahirə Cəfərovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR