Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, T. Qaraşov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, T. Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısıdır.