Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici işlər nazirlərinin 8-ci üçtərəfli görüşü keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə nəqliyyat, enerji, rabitə və kommunikasiya sahələrində həyata keçiriləcək layihələr, eləcə də 2020-2022-ci illər üçün birgə fəaliyyət planının müzakirə edildiyi bildirilir.
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisidə keçirilən 8-ci üçtərəfli görüşündən sonra birgə bəyanat da imzalanıb.
XİN başçılarının birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, XİN başçılarının cari ilin oktyabr ayının 16-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşü Türkiyənin Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlaması ilə əlaqədar olaraq Ankaranın müraciəti əsasında təxirə salınıb.
XİN başçıları arasında bundan əvvəlki, sayca 7-ci üçtərəfli görüş isə 2018-ci ilin 29 oktyabrında İstanbulda keçirilib. Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.