Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu Fəxri xiyabanında Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər xiyabanını ziyarət edib.
ONA xəbər verir ki, Mustafa Şentop Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin xatirə kitabına ürək sözlərini yazıb.