• SİYASƏT

    17:44 11 mart 2019

Teatr və konsert müəssisələri işçilərinin maaşı 50 faiz artıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncamda əsasən, dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilib.

Mədəniyyət Nazirliyinə və Maliyyə Nazirliyinə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsün.

Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR