“Beynəlxalq təşkilatlar, bəzi xarici dövlətlər Urmiya gölünün qurumasının qarşısını almaq üçün kifayət qədər vəsait ayırmışdı, lakin İran hökuməti bunu özünə xərclədi və Urmiya gölü üçün heç bir addım atılmadı”.
ONA xəbər verir ki, bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" tədbirində deyib.
O bildirib ki, gölün qurumasının əsas səbəbi suyun qabağının kəsilməsi, əkinçiliyin plansız formada genişləndirilməsidir.