Böyük Britaniyanın baş naziri Tereza Mey VII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
ONA-nın məlumatına görə, forum iştirakçılarını salamlamaqla başlayan müraciətdə T.Mey maraqlı məsələlərin müzakirə olunduğu tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
T.Mey qeyd edib ki, Qlobal Bakı Forumu dünyada müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviq edilməsinə yönəlib: "Bütün fəaliyyətləri dəstəkləyirəm".
Britaniya ilə Azərbaycan arasında güclü əlaqələrin qurulduğunu deyən baş nazir iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu deyib: "Azərbaycanla strateji enerji əməkdaşlıq əlaqələri müzakirə edilir ki, bu əməkdaşlıq da uzun illərə hesablanıb. İki ölkə arasında bir çox sektorda əlaqələr var ki, bunu möhkəmləndirməkdə davam edirik. Əgər bu əlaqələrin təməli güclüdürsə, demək ki, Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı hörmət var".