Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.
APA TDT-yə istinadən xəbər verir ki, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir.
Bununla yanaşı, sammitə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibi də qatılacaq.
O da qeyd edilib ki, “Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.