• SİYASƏT

    15:44 11 aprel 2021

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətləri 44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Gəncə şəhərində əhalinin sıx yaşadığı əraziyə atılan ballistik raketlər nəticəsində dağılan binalarla tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər, ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizmi öz gözləri ilə görüblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR