Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası - Türkiyə Respublikası - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
ONA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatında bildirilib.