• SİYASƏT

    01:10 6 mart 2019

Türkiyə parlamenti sədrinin Azərbaycana səfəri başlayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edib.

ONA-nın məlumatına görə, səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, namizədliyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən irəli sürülmüş Mustafa Şentop fevralın 24-də keçirilmiş səsvermə nəticəsində TBMM sədri seçilib.

Binəli Yıldırım AKP tərəfindən İstanbul bələdiyyə başqanlığına namizədliyi verildiyi üçün TBMM başqanlığından istefa vermişdi.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR