“Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşmasını imzalamaq təklifini dəstəkləyirik”.
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiya edilir: “Bundan sonra da bu koordinasiya davam etməlidir. Zəngəzur dəhlizinin reallaşması da önəmlidir”.
Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan və Türkiyənin iştirak etdiyi üçlü və dördlü formatlarda görüşlər bu il də keçiriləcək.