• SİYASƏT

    22:14 5 fevral 2021

Türkiyə MN: “Türk və rus hərbiçilər Birgə Mərkəzdə atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər görürlər”

Dağlıq Qarabağda atəşkəsə nəzarət çərçivəsində qurulan Rusiya-Türkiyə Birgə Mərkəz fəaliyyətinə davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin “Twıtter” səhifəsində bu barədə bildirilib.

Qeyd olunub ki, bu vəzifəni birlikdə icra edən türk və rus hərbiçiləri mərkəzdə atəşkəsin pozulmasını əngəlləmək üçün tədbirlər görürlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR