Türkiyənin müdafiə naziri Hulusi Akar Gürcüstan prezidenti Salome Zurabişvili ilə təkbətək görüş keçirib.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş mətbuata qapalı olub.
Türkiyəli nazir daha əvvəl gürcü həmkarı Levon İzoria ilə də görüşüb. Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi, NATO çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan formatında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, Türkiyə müdafiə naziri Hulusi Akar Gürcüstanın müstəqilliyinin 101-ci ildönümü münasibəti ilə keçirilən hərbi paradda iştirak etməsi üçün Tbilisidə səfərdədir.