Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan 5 siyasi partiyadan 4-ü - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı birgə bəyanat yayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bəyanatda Ermənistanın Azərbaycana qarşı hücumları pislənilib.
Qeyd edək ki, Xalqların Demokrat Partiyası (HDP) bəyanatı imzalamayıb.