• SİYASƏT

    14:10 25 fevral 2020

Türkiyə Prezidenti Azərbaycana gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.

ONA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Rəcəb Tayyib Ərdoğanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşdülər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR