• SİYASƏT

    16:10 8 avqust 2022

Türkiyə Prezidenti : "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı"

Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında deyib.

O bildirib ki, 30 il davam edən işğal və soyqırımı siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmayıb.

"Azərbaycanlı qardaşlarımız illər boyu işğalın itkilərinin acısı ilə yaşamağa məcbur oldu. Bu ədalətsizliyə son vermək Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. 44 gün davam edən mübarizə nəticəsində Qarabağ azad edildi və 30 illik işğala son qoyuldu", - Türkiyə lideri vurğulayıb.

Ərdoğan əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni bir dövrün başladığını da qeyd edib: “Bu tarixi fürsəti qaçırmamaq üçün səylər göstəririk. Bu günə qədər Azərbaycanla məsləhətləşərək bir çox addım atdıq. Radikal erməni dairələrinin cəhdlərinə baxmayaraq, Cənubi Qafqazda davamlı sülhə nail olmaq yolunda önəmli ölçüdə yol qət etdik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR