Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Cumhurbaşqanlığı məlumat yayıb.
“İhlas” xəbər agentliyinin yaydığı məlumatda isə bildirilib ki, C. Bayramov Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı Türkiyə Prezidentini məlumatlandırıb.