“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfər edəcək”.
ONA xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, Türkiyə Prezidentinin səfəri bir gün davam edəcək, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfir onu da bildirib ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir:
“İndiyə kimi imzalanacaq bir neçə sənədlərlə bağlı razılıq əldə edilib. Bunlardan iqtisadi və hərbi sahələrlə bağlı sənədləri vurğulamaq istərdim”.