Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycana rəsmi səfərə gəlib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Respublikasının Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, hərbi orkestr iki ölkənin dövlət himnlərini səsləndirib.
F. Oktayı Baş Nazirin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.