• SİYASƏT

    20:27 30 avqust 2019

Türkiyə səfiri: "Viza rejiminin ləğvi həm də psixoloji və simvolik bir məna daşıyır"

Azərbaycan və Türkiyə arasında viza rejiminin ləvği qardaşlıq münasibətlərinin təzahürüdür.

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, bu addım Türkiyə ilə Azərbaycan arasında həm iqtisadi, həm də sosial əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək. İki ölkə arasında gediş-gəlişlər asanlaşacaq. Turizm inkişaf etdiriləcək:

"Doğrudur, indiyədək vizanın verilməsi asan idi. Amma viza rejiminin ləğvi həm də psixoloji və simvolik bir məna daşıyır. İki dövlət bir millət olaraq, xalqlarımızın bir-biri ilə əlaqələri daha sıxlaşacaq".

Səfir bildirib ki, bu qərar həm də turizmin inkişaflna təkan verəcək, iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR