• SİYASƏT

    15:50 18 may 2019

Türkiyə səfirliyində "Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib - FOTOSESSİYA

Türkiyənin Azərbaycandakı səfirliyində “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib.

ONA-nın xəbərinə görə, 19 May - Gənclik, İdman və Atatürkü anma gününə həsr olunmuş sərgidə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd olunan günün mahiyyətindən danışıb.

Səfir bildirib ki, 19 may Atatürkün milli mücadiləyə başladığı gündür: "“Bu mücadilə yoxluq içərisində başladı, ancaq xalqın əzmkarlığı və qəhrəmanlığı nəticəsində uğurla sona çatdı və Türkiyənin işğal olunma təhlükəsi ilə üzləşən torpaqları azad olundu. Biz bu il həmin böyük tarixi hadisənin 100-cü ildönümü qeyd edirik”.

Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer isə deyib ki, Gənclik, İdman və Atatürkü Anma Gününü Azərbaycanda qeyd etmək onlar üçün ikiqat bayramdır: “Bizim əlaqələrimizin genişlənməsi hamımızın inkişafı üçündür. Azərbaycan və Türkiyə əlaqələri daim inkişaf edib. Biz bu gün bu tədbirə qatılmaqdan məmnunluq duyuruq”.

Daha sonra sərgidə əsərləri nümayiş olunan azərbaycanlı rəssamlar Aygün İsgəndərova və Elnurə İsgəndərova çıxış ediblər. Onlar sərginin nümayiş olunmasında təşkilatçılıq edən Türkiyə səfirliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlar Türkiyənin Azərbaycandakı səfirliyi və Şimali Kiprin Azərbaycandakı nümayəndəliyi tərəfindən fəxri fərmanla mükafatlandırılıblar.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR