• SİYASƏT

    16:46 16 sentyabr 2019

Türkiyə və Azərbaycanın sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına hazırlıq gedir

“Türkiyə və Azərbaycan arasında müvafiq qurumlar tərəfindən ikitərəfli iqtisadi və ticari əlaqələri gücləndirəcək anlaşma layihələrinin qısa müddətdə yekun varianta gətirilməsi önəmlidir”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

F. Oktay Türkiyə tərəfindən həmin anlaşmaların ölkə daxilində təsdiqlənməsi prosesini diqqətdə saxlayacağını söyləyib: “Azərbaycan tərəfində də Ali təhsil sahəsində əməkdaşlıq Protokolu və sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair anlaşmanın ölkə daxilində təsdiqlənməsi prosedurunun ən qısa müddətdə tamamlanacağına inanıram”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR