• SİYASƏT

    21:51 14 oktyabr 2019

Türkiyə Xarici işlər naziri: “Azərbaycana qarşı Qərbdən hansı təzyiqlərin olduğunu yaxşı görürük”

“Azərbaycana qarşı Qərbdən hansı təzyiqlərin olduğunu yaxşı görürük”.

APA-nın məlumatına görə, bunu bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.


M. Çavuşoğlu deyib ki, iki il rəhbərlik etdiyi Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı da daxil olmaqla, müxtəlif dairələrin Azərbaycana yönəlik əsassız hücumlara bələddirlər: “Hər zaman Azərbaycanın yanında olacağıq. Burada millət vəkili Qənirə Paşayeva da iştirak edir. Avropa Şurası Parlament Assambleyasında Qənirə Paşayeva ilə birlikdə Türk dünyası, Azərbaycan və Türkiyənin maraqları üçün çox çətin mübarizələr apardıq. Bundan sonra da haqlı davamızda mübarizəni davam etdirəcəyik. Kiməsə qarşı qərəzimiz, düşmənçiliyimiz yoxdur. Məqsədimiz aramızdakı dostluğu, əməkdaşlığı gücləndirərək ölkələrimizin, xalqlarımızın əmin addımlarla gələcəyə addımlamasıdır. Biz bu prosesdə də mətbuatla birlikdə çalışmaqdan şad olacağıq. Bu tədbirin təşkilatçısı olan Qlobal Jurnalistlər Şurasının da bölgəmizdə nüfuzlu bir quruma çevriləcəyinə inanıram. Yaxın vaxtlarda Türkiyə-Rusiya Mətbuat Şurasını da keçirəcəyik. Gələn il Türk Şurasının toplantısında da inşallah, birgə iştirak edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR