Rəsmi Ankara Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Qatar və Azərbaycana vermək niyyətində deyil.
ONA-nın “Sputnik-Türkiye”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, belə bir məsələ müzakirə olunmayıb: “Biz komplekslərin əldə edilməsi ilə bağlı Rusiya ilə razılaşma imzalamışıq və hazırda kompleksin tədarük ediləcəyi vaxtla bağlı danışıqlar aparılır. Əgər Rusiya kompleksi Azərbaycana satmaq qərarına gələrsə, bunu vasitəçi olmadan birbaşa edəcək. Üstəlik bu ölkələr arasında çox yaxşı münasibətlər mövcuddur”.