“Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi, mülki insanlara hücum edərək insanlığa qarşı cinayətlər törətdi”.
APA-nın məlumatına görə, bunu Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül “Twitter” hesabında yazıb.
O bildirib ki, Ermənistanın bu alçaqlığını lənətləyir: “Həmişə azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Can Azərbaycan heç vaxt tək qalmayacaq”.