“Bu gün Azərbaycanın yanındayıq. Sabah da Azərbaycanın yanında olacağıq. İşğalçıların, terrorçuların qarşısında dayandıq”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
“İşğaldan azad edilən ərazilərin bərpasında iştirak edəcəyik”, - deyə F. Oktay vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası məsələsi Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığında yeni dönüş nöqtəsidir.