• SİYASƏT

    11:03 24 fevral 2021

"Twitter": Azərbaycana qarşı fəaliyyət göstərən 35 erməni hesabı ləğv edilib

"Twitter" sosial şəbəkəsinin platforma manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan 373 hesab ləğv edilib.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, təkcə İrandan olan 238 hesab ləğv olunub.

Rusiyadan olan 100 hesab isə NATO və Avropa İttifaqına qarşı fəaliyyətinə görə bağlanıb.

Buna münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva hesabların bloklanma səbəblərini dərindən araşdıracaq.

Qeyd edək ki, "Twitter" bundan əlavə, Azərbaycan əleyhinə fəaliyyət göstərən 35 erməni hesabını da ləğv etdiyini açıqlayıb.

Şirkətdən bildirilib ki, sözügedən hesablar sosial şəbəkənin platforma manipulyasiya siyasətini pozduğunu üçün "Twitter"dən həmişəlik kənarlaşdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR