Dünyada ən böyük sərnişin təyyarəsi olan “Airbus A380” laynerini qəbul etməyə qadir olan aeroportlar elə də çox deyil. Bu gün baza hava limanımıza Avropa Liqası 2019 çərçivəsində UEFA nümayəndə heyətini gətirən bu sərnişin təyyarəsi eniş edib.
ONA xəbər verir ki, bu sözlər Azərbaycan Hava Yolları (AZAL) şirkətinin rəsmi "Facebook" səhifəsində yer alıb.
Qeyd edək ki, təyyarə 544 sərnişin daşıya bilir. Onun əlavə yanacaq doldurmadan uçuş məsafəsi isə təxminən 15 min kilometrdir.